BURADA REKLAMINIZ OLA
BİLƏR

Fətullah Hüseynovun ailə üzvlərini aldadan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə "Qara polkovnik" kimi tanınan və 2004-cü ildə Hacı Məmmədovun dəstəsi tərəfindən evinin qarşısında qətlə yetirilən Fətullah Hüseynovun ailəsinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Cavid Məmmədzadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Mərhum polkovnikin oğlu Adil Hüseynovun sürücüsü işləmiş 1989-cu il təvəllüdlü Cavid Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Araşdırmalar zamanı məlum olub ki, Cavid Məmmədzadə Fətulla Hüseynovun həyat yoldaşı Eleanora Hüseynovanın qızlarına məxsus olan və Bilgəh qəsəbəsində yerləşən ümumilikdə 0,237 hektar torpaq sahəsini sənədləşdirərək satmaq istəmələrini öyrənib. Torpaq sahəsinin sənədlərinin qaydasında olmadığını bilən sürücü E.Hüseynovaya Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verərək ondan 2018-ci ilin aprel ayından 2019-cu ilin iyun ayınadək üç dəfəyə ümumilikdə 137 min manat pul alıb. Lakin sonradan onun vədinə əməl etməməsi və pulları mənimsəməsi üzə çıxıb. Cavid Məmmədzadə daha sonra Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini Hüseynovlar ailəsinə versə də, onlar bu torpaq sahəsini deyil, Cavidin onlardan aldığı 137 min manatı geri qaytarmasını tələb ediblər.

 

Xatırlatma: Cavid Məmmədzadənin Gürcüstandan maşın gətirmək adı ilə 4500 manat alıb vədinə əməl etmədiyi şəxs də məhkəmədə E.Hüseynova ilə birlikdə zərərçəkmiş şəxs qismində tanınıb.

 

Qeyd: Fətulla Hüseynovun oğlu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri olmuş Adil Hüseynov 2015-ci ildə bankla bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmışdı.

 

Kamal Məmmədov

Tarix: 13 Sentyabr 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin