BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Suriyada döyüşən azarbaycanlılarla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində Suriyada Bəşər Əsəd hökumətinə qarşı vuruşmaqda, orada təlimlər keçməkdə təqsirləndirilən Mehman Qarayev və Rövşən Rəhimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onların şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, onlar 2013-cü ildə Suriyaya gedib, orada vuruşublar. Bir müddət sonra da geri qayıdıblar. Təqsirləndirilənlərə qarşı həmçinin Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda), mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin birliyində iştirak etmə) və 279-cu (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratma, onların tərkibində iştirak) maddələri ilə ittiham irəli sürülüb. Hər iki şəxs elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.

 

Kamal Məmmədov

Tarix: 13 Sentyabr 2023, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin