BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Tağıyevdən xəbər var

Xəbər verdiyimiz kimi, İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyev iyulun 7-də növbəti dəfə əməliyyat olunmuşdu.

 

Vasif Tağıyevin anası Təranə Tağıyeva Pravda.az-a oğlunun səhhəti barədə məlumat verib. 

 

“Vasif indi bir az yaxşıdır. Hələ tikişləri tam sökülməyib. Yavaş-yavaş səhhəti düzəlir. Hələ ki işə çıxmır”, - o deyib. 

 

Xatırlatma: V.Tağıyev terror nəticəsində çiynindən və üzündən güllə yarası alıb. Çiyni sağalsa da, çənəsindəki problem ciddi olduğundan bir neçə dəfə əməliyyat edilib.

 

Aytəkin Qardaşova 

Tarix: 13 Sentyabr 2023, 12:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin