BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel sexində müştərini bıçaqlayan usta məhkəmə zalında həbs edildi

Bakı Apellyasiya Məhkəməsində müştərini bıçaqlamaqda təqsirləndirilən Anar Məmmədzadənin barəsindəki hökmdən verilən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, həm şikayət və həm də protest qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, Anar Məmmədzadənin 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq, ona 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Anar Məmmədzadə məhkəmə zalından həbs olunub.

 

Qeyd: Hadisə 02 iyul 2022-ci il tarixdə, saat 12:30 radələrində Binəqədi rayonu ərazisində yerləşən mebel sexlərinin birində qeydə alınıb. Belə ki, sexə gələn müştəri, zərərçəkmiş Ramin Eyubov Anar Məmmədzadəyə mebel düzltməyi sifariş verib. Lakin təqsirləndirilən şəxs gördüyü işi qurtardıqdan sonra zərərçəkmiş ona pul verməkdən boyun qaçırıb. Anar da bunu bəhanə edərək onunla mübahisə etməyə başlayıb. Nəticədə Anar masanın üzərindən götürdüyü mətbəxt bıçağı ilə Raminin müxtəlif nahiyələrindən 3 dəfə qəsdən vuraraq ona xəsarət yetirib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

Tarix: 14 Sentyabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin