BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi atasının yasından sonra qonşusunu liftin qarşısında döydü - CƏZA

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Ruslan Dobryanskiyin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Qeyd: Hadisə 2022-ci il, saat 23 radələrində Nərimanov rayonunda yerləşən yaşayış binalarının giriş hissəsində yerləşən liftin qarşısında qeydə alınıb. Belə ki, zərərçəkmiş Nüsrət Həsənov binanın həyətində olan ağacların budaqlarının kəsilməsinə çəkilmiş xərclərə köməklik etməyib. Buna görə də təqsirləndirilən Ruslan Dobryanskiy ilə zərəçəkmiş arasında mübahisə yaranıb. Nəticədə o, liftin qarşısında təpiklə Nüsrətin ayaq nahiyyəsindən vurub. Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Ruslan Dobryanskiyə 1000 manat miqdarında cərimə cəzası təyin edilib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib ki, hadisədən bir gün əvvəl atasının 40 mərasimi olub.

 

Kamal Məmmədov

Tarix: 14 Sentyabr 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin