BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabahın hava proqnozu açıqlandı

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a bildirilib ki, gecəyə doğru  bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz  18-22° isti, Bakıda gecə 11-13° isti, gündüz  19-21° isti olacaq.

 

Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək.

 

Nisbi rütubət gecə 70-80 %, gündüz  40-45 % olacaq. 

 

Tibbi-meteoroloji proqnoz:

 

Mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacq, şərq küləyi əsəcək

 

Havanın temperaturu gecə 8-13° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti olacaq.

Tarix: 1 May 2020, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin