BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi uşağın küçəyə çıxmasına görə arvadının kürəyinə ütü ilə vurdu - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Malik Maratovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə 11 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Malik Maratov ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda arvadı, zərərçəkmiş Qala Maratova (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə azyaşlı övladları Namiqin (şərti) oynamaq istəməsi olub. Bu zaman o, qadının üzərinə hücum edib, əvvəlcə onun sifət və bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən zərbələr endirib. Malik ardınca isə ondan aralanmaq istəyən arvadının arxasınca otaqdakı masanın üzərində olan ütünü onun kürək nahiyəsinə doğru qəsdən ataraq vurub. Nəticədə o, Qalanın sağlamlığına qəsdən yüngül zərər vurub.

 

Məhkəmədə Malik Maratov deyib ki, arvadı Qala ilə 2014-cü ildə ailə həyatı qurub, birgə nigahdan iki uşağı var. Hadisə günü Qala oğlu Namiqin küçəyə çıxmaq istəyərkən üstünə qışqırdığına və üzərinə gedib vurmaq istəməsinə görə əsəbləşib. 

 

Onun sözlərinə görə, bu zaman arvadının üzərinə gedərək əliylə onun sifətinə və bədən nahiyələrinə bir neçə zərbələr vurduqdan sonra masanın üzərindəki ütünü götürüb qadına tərəf atıb. Ütü Qalanın kürək nahiyəsinə dəyib. Bundan sonra Malik evdən çıxıb gedib. Hazırda əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 14 Sentyabr 2023, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin