BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə yeniyetməyə qarşı quldurluq edən şəxslərlə bağlı qərar çıxardı

Ali Məhkəmədə 15 yaşlı oğlana qarşı quldurluq edən İlham Həsənov və Vasif Əliyevin barəsində olan hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, onların şikayəti təmin edilməyib.    

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Həsənov 10 il, V.Əliyev 9 il azadlıqdan məhrum edilib.

 

Qeyd: Zərərçəkmiş şəxs bir neçə il əvvəl Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb. Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar. Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənov saxlanılaraq istintaqa cəlb ediliblər. Zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Təqsirləndirilən şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

 

Kamal Məmmədov

Tarix: 14 Sentyabr 2023, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin