BURADA REKLAMINIZ OLA
BİLƏR

"Arash Medical Company” şirkətinə qarşı məhkəmə davam etdirilir

Nəsimi Rayon Məhkəməsində "Arash Medical Company” QSC-nin barəsində tərtib edilmiş protokolla bağlı məhkəmə iclası davam etdirilir.


 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılır.


 
Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin edilib.


 
Qeyd:
"Arash Medical Company” QSC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə protokol yazılıb.

 

Kamal Məmmədov

Tarix: 14 Sentyabr 2023, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin