BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kliniki Tibbi Mərkəz”lə "Nar"ın məhkəmə çəkişməsi 4 aydır ki, davam edir

Bakı Kommersiya Məhkəməsində "Kliniki Tibbi Mərkəz”in mobil rabitə xidmətləri göstərən və “Nar” ticarət nişanı ilə tanınan "Azerfon" MMC və Bakı şəhəri 43 Saylı Notariat Kontoruna qarşı iddia üzrə məhkəmə iclası davam etdilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri araşdırılır.

 

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.

 

Xatırlatma: Tərəflər arasında məhkəmə çəkişməsi bu ilin may ayının 18-dən başlayıb.

 

Qeyd: "Kliniki Tibbi Mərkəz” "Azerfon" MMC və Bakı şəhəri 43 Saylı Notariat Kontorunu məhkəməyə verərək müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin