BURADA REKLAMINIZ OLA
BİLƏR

İrandan Azərbaycana qanunsuz keçən əcnəbilərə cəza verildi

Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən Əfqanıstan vətəndaşları – A.A., V.N. və S.H. (hər üçü şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 
Məhkəmənin hökmü ilə hər üç şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxslər cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsın. İttihama görə, Əfqanıstan vətəndaşları olan həmin şəxslər işləmək məqsədi ilə birlikdə bu ilin yayında Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq pozublar. Onlar dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “N” nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən zastavası istiqamətindən İrandan Azərbaycana keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar. Əcnəbilərin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 08:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin