BURADA REKLAMINIZ OLA
BİLƏR

“FHN-ə işə düzəldəcəm” deyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə rüşvətə təhrik etmədə təqsirləndirilən A.Peyqandın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Onun 5 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 9 aya endirilib.

 

İttihama görə, A.Peyqand 2020-ci ilin yanvar əvvəllərində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Qalib Həsənovun (şərti) qardaşı Mahir Həsənovu (şərti) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət yanğından mühafizə xidmətinin Quba rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsində işlə təmin edilməsinə köməklik göstərəcəyi vədi verib. O, FHN-də yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Mahiri Quba rayon yanğından mühafizə hissəsində yanğınsöndürən vəzifəsinə qəbul etdirmək imkanına malik olduğunu söyləyib. A.Peyqand bu yolla ondan 5 min manat pul alıb. Daha sonra verdiyi vədə əməl etməyib. Daha sonra A.Peyqand saxlanılıb. Onun digər cinayət əməlləri də ortaya çıxıb.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin