BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını öldürən, tanışına xəsarət yetirən şəxs məhkəmə qarşısında

Ucarda arvadını öldürməkdə, tanışına xəsarət yetirməkdə təqsirləndirilən Anar Əliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsimə göndərilib.

 

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 27-nə təyin edilib.

 

Qeyd: Bu iı iyunun 3-də saat 17:30 radələrində Ucar rayonu Rəstəcə kəndində evlərin birində 1995-ci təvəllüdlü Könül Əliyeva Nəsirəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, digər ünvanda 1996-cı il Rüfət İlyaszadə Əlimusa oğuluna müxtəlif dərəcəli kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1988-ci il təvəllüdlü Əliyev Anar Məhəbbət oğlu polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin