BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə prokurorun protesti ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Xəlil Həsənovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

 
Cəlilabda Rayon Məhkəməsin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xəlil Həsənov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirib və onu 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib. Dövlət ittihamçısı bu hökmlə də narazı qalmayıb və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İttihama görə, hadisə 6 avqust 2021-ci il tarixdə, saat 21 radələrində Cəlilabad rayonu ərazisində qeydə alınıb. Belə ki, Xəlil Həsənov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada A.A.-nı (şərti) vurub. Nəticədə piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Xəlil Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin