BURADA REKLAMINIZ OLA
BİLƏR

Qanunsuz ağac kəsən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə qanunsuz ağac kəsmədə təqsirləndirilən Mahal Ələkbərovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, onun protest təmin edilməyib.

 

Ağdam Rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətindən azad edilməklə onun barəsində cinayət təqibinə xitam verilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Dövlət ittihamçısı bu hökmlə də narazı qalmayıb və kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

İttihama görə, hadisə 2022-ci ilin iyul ayının əvvəllərində qeydə alınıb. Belə ki, Mahal Ələkbərov məlum olmayan gün və vaxtda yaşadığı Ağdam rayonu ərazisindəki kəndin bələdiyyəsinə məxsus həyətyanı torpaq sahəsində meşə fonduna daxil olmayan kök üstə yaş vəziyyətdə beş ədəd qovaq cinsli ağacı mişarla qanunsuz olaraq kəsib. Nəticədə o, zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 1690 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurub.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin