BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda piyadanı vuraraq öldürən sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Ziyad Qasımovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 
Nizami Rayon Məhkəməsin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Z.Qasımov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Z.Qasımov etibarnamə əsasında idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobillə hərəkətdə olan zaman piyada, zərərçəkmiş V.A.-nı (şərti) vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Z.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində cinayət işi açılıb.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin