BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi

Sumqayıt Apellyasiya Məhkəməsində Şabran rayonunda anasını öldürməyə cəhddə təqsirli bilinən Asim Xudaverdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

Kamal Məmmədov

Tarix: 15 Sentyabr 2023, 09:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin