Sürücülərin lazım gəldi, gəlmədi siqnal vermələri çoxlarını boğaza yığan məsələyə çevrilib. Bu hal həm digər sürücüləri, həm də həmin ərazidə yaşayanları, xüsusən çalışan insanları narahat edir. Yerli sürücülər arasında “milli psixologiya” formalaşıb. İşıqforda yaşıl işıq yanmağa macal tapmamış, ən birinci sırada dayanan sürücü yerindən tərpənməyə nəfəs dərməmiş arxadan siqnallar başlayır. Hətta bəzən sürücülər sanki siqnal vasitəsilə bir-biriləri ilə söhbət edirlər. Siqnallarla bağlı gözardı edilən ən önəmli məqamlardan biri isə paytaxtda "siqnal vermək qadağandır" yol hərəkəti nişanının sayının çox az olmasıdır. Ekspertlər bildirirlər ki, siqnaldan yersiz istifadəni azaltmaq üçün reydlər keçirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsini zəruridir. Əslində, bir dönəmlər gecənin qaranlığında başımızı yastığa qoyduğumuz an həyətdə var-gəl edən “07” sürücülərinin birdən-birə “Nə var e, Ələsgər-Ələsgər” siqnallarını xatırlayanda, indiki vəziyyətə şükür edirik, amma nəzərə almalıyıq ki, dünya ölkələrində bu məsələyə yanaşma tamam fərqlidir. Məsələn, bir neçə il öncə Türkiyənin İstanbul şəhərində qadın sürücü qarşısında hərəkətdə olan və anidən əyləcə basan avtomobilə siqnal verdiyi üçün yolun ortasında döyülmüşdü. Maraqlıdır ki, bənzər hadisə bir müddət sonra elə paytaxt Bakıda da yaşanmışdı. Belə ki, sürücülərdən biri qarşısına çıxan iribuynuzlu heyvana səs siqnalı verdiyi üçün bundan hiddətlənən heyvan sahibi tərəfindən döyülmüşdü. Diqqətimizi çəkən ən maraqlı faktlar isə Qahirə şəhəri ilə bağlıdır. Burada sürücülər qırmızı işıqda keçir, dönmə işıqlarını yandırmır, güzgüyə baxmırlar. Əks yola çıxmaq isə Qahirədə normal haldır. Ən maraqlısı isə budur ki, ərəb ölkələrində sürücülər arasında davaya çox nadir hallarda rast gəlinir. Sürücülərimiz Asiya ölkələrindəki “həmkarlarının” avtomobili necə idarə etdikləri haqqında araşdırsalar, paytaxt yollarındakı problem, tıxaclar bir o qədər də gözlərində böyüməyəcək. Bəs görəsən sürücülərimizin “milli siqnal” psixologiyası haradan qaynaqlanır?
Tanınmış psixoloq Aygün Ağabalayeva Pravda.az-a açıqlamasında deyib ki, məzuniyyətdə olmasından, yaxud işə getməsindən asılı olmayaraq avtomobil idarə etmək yalnız müsbət hiss yaratmır, eyni zamanda bir çoxlarında stress, neqativ emosiyalar yaradır.

“Bütün sürücülərə bunu şamil etmək düzgün deyil, amma Azərbaycanda sürüclərin bir çox hallarda emosional vəziyyəti çox gərgindirsə, sükan arxasında bunu büruzə verirlər. Sürət həddini aşmaq, lazımsız yerdə siqnal vermək... Bəziləri hətta deyirlər ki, bununla stress atıram. Amma düşünmürlər ki, qarşıdakı sürücü təcrübəsiz ola bilər. Belə hallar nəzərə alınmalıdır. Sürücülük mədəniyyəti anlayışı var. Bu, insanın təbiətindən də asılıdır. O insan ki cəmiyyətdə, ailədə, işində müəyyən vaxt etika qaydalarına riayət edir, təbii ki, belə insan sükan arxasında da özünü idarə etməyi bacaracaq”, - psixoloq deyib.
A.Ağabalayevanın sözlərinə görə, Avropada sürücülər arasında aparılan sorğu nəticəsində sürücülərin 7 psixotipi müəyyən olunub: “Bunlardan biri ekspert psixotipidir. Bu psixotiplər başqa sürücüləri bacarıqsız bilirlər, onları tənqid etməyə çalışırlar, eyni zamanda birbaşa kontaktdan qaçırlar. Müəllim psixotipi isə əmin olmalıdır ki, başqa sürücülər öz səhvlərini başa düşürlər, buna görə də onlara öyrətməlidir. Qalib psixotipi isə mütləq şəkildə bütün sürücüləri ötüb keçmək istəyir. Kimsə ona maneə olursa, bu psixotip qıcıqlanır. Qalib psixotipi kimsə ötürsə, o, belə halda sürəti daha da artırır. Cəza verən psixotiplər kimsə səhv edəndə hətta fiziki olaraq onu cəzalandırmağa çalışırlar. Avtomobildən düşür, konflikt yaranır, qarşı tərəfi cəzalandırmağa çalışır. Filosof psixotipi digər sürüclərin səhvlərinə çox sakit yanaşır. Onlara səhvlərini məntiqi baxımdan izah etməyə çalışır. Bu tip sürücülər avtomobil sürərkən hisslərini idarə etməyi bacarırlar. Ehtiyatlı psixotiplər digər sürücülərin səhvlərinə qərəzsiz yanaşırlar. Sanki bu sürücülər bütün fövqəladə halların mənbəyi kimi qarşıdakı sürücüləri qəbul edirlər. Qayğısız psixotip isə konfliktli situasiyada fikrini yayındırmaq, tıxacdakı gərginlikdən uzaqlaşmaq üçün musiqiyə qulaq asır. Həmin an mütləq özünə bir məşğuliyyət tapır. Belə halda sükan arxasında yaranan qıcığı özündən uzaqlaşdıra bilir. Özünü idarə edə, emosiyalarını kontrol edə bilməyən insanlar sükan arxasında da özlərini idarə edə bilmirlər. Bəziləri hətta xoşagəlməz hallarda etikadan kənar sözlərdən istifadə edirlər. Siqanlı daha möhkəm basırlar. Təbii ki, bunu hər kəs etmir. Hər sahədə mədəniyyət gözlənildiyi kimi sürücülük mədəniyyətinin də gözlənilməsi vacibdir. Bütün bunlar bir-birinə bağlı məsələlərdir”.
Aytəkin Qardaşova
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin