BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: "Qızından intim həyatını nöqtə vergülünə kimi soruşan analar var"

"Son zamanlarda psixoloji seanslara üz tutan cütlüklər arasında əsasən də bəylərdən gələn ən çox şikayət, ən geniş mövzu qız analarındandır. Kənardan qızının ailəsinə müdaxilə, hər şeyi öyrənib bilmək, idarə etmək gənclərin ailə olmasına maneə olur. Sanki bəylər özləri demiş "qızla deyil, anasıyla evlənmişəm". Təbii ki, bu məsələ oğlan analarına da aiddir. Amma qeyd etdiyim kimi, son bir ildə şikayət ən çox qız analarındandır. Hətta qızından intim həyatını nöqtə vergülünə kimi soruşan analar var. Bütün gün saatlarla telefonda evdə baş verənləri danışmaq, əlbəttə ki, ana öz istədiyini, öz doğru bildiyini yürüdərək qadın və kişi arasında soyuqluğa, öz övladının ailəsinin dağılmasına səbəb olur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Samirə Bağırova deyib. 

 

Psixoloq deyib ki, bəy və gəlin ailə qurduqdan sonra yalnız şiddət, təhdid, təhqir, ailə başçısı kimi məsuliyyətsizlik varsa, yalnız o zaman hər iki tərəfin valideyninə şikayət və müdaxilə mütləqdir: “Qalan hallarda, ümumiyyətlə, sıx əlaqə yalnız problem yaradır. Qız öz ailəsinə diqqətini cəmləyə və tək başına qərarlar verə bilmir. Nəvələrə gəlincə isə, uşaqlar sıx şəkildə hər iki tərəflə nənə və baba ilə ünsiyyətdə olmalıdır. Bu, uşağın sağlam inkişafında böyük rol oynayır. Psixoanaliz elminin banisi Ziqmund Freyd uşağın psixoseksual inkişaf dönəmi mərhələsində yaşlıların uşaqların həyatında mühüm rolu olduğunu və səbəblərini də qeyd edib”. 

 

Aytəkin Qardaşova 

Tarix: 15 Sentyabr 2023, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin