BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzər Universiteti Dünya Məktəbinə protokol yazıldı

"Xəzər Universiteti Dünya Məktəbi" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin  518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Gəncə Şəhər Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Məhkəmə iclası sentyabrın 27-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 16 Sentyabr 2023, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin