BURADA REKLAMINIZ OLA
BİLƏR

Alimlər Parkinson xəstəliyinin ilkin əlamətlərini müəyyən ediblər

ABŞ-dən olan neyrofizioloqlar aşkar ediblər ki, Parkinson xəstəliyi özünü büruzə verməzdən, yəni dofamin neyronlarının ölümündən əvvəl onların arasında sinaptik təmasların fəaliyyətində pozğunluqlar yaranır.

 

Şimal-Qərb Universitetinin Mətbuat Xidməti bildirir ki, bu əsas disfunksiyanın aradan qaldırılması potensial olaraq xəstəliyin inkişafını dayandıra bilər.

 

Məqalə cümə günü “Neuron” jurnalında dərc olunub.

 

Alimlərin sözlərinə görə, Çikaqodakı Şimal-Qərb Universiteti elmi qrupunun kəşfi sayəsində qorxunc və getdikcə yayılan xəstəliyi erkən mərhələdə aşkar edərək zərərsizləşdirmək mümükündür.

 

Oxu.az

Tarix: 16 Sentyabr 2023, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin