BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu rayonlarda koronavirusa yoluxma üstünlük təşkil edir

Son həftələrdə koronavirusa yoluxma hallarında azalma müşahidə olunurdu. Amma aprelin 27-də karantin rejiminin yumşaldılmasından sonra yenidən artım müsahidə olundu".

 

Pravda.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, mayın 1-dən isə yoluxmada azalma müşahidə olunur: "Yoluxma hallarının azalması ilə sağalma hallarında artma müşahidə olunur. Bilməliyik ki, karantinin açılması nəticəsində biz hər ssenariyə hazır olmalıyıq". R. Bayramlı qeyd edib ki, Bakıda Yasamal,Binəqədi və Nəsimi rayonunda yoluxma üstünlük təşkil edir. Sumqayıyda yoluxma 3.2 faizdir. Burada əhalinin sıxlığı əsas göstəricidir.

Tarix: 1 May 2020, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin