BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qərarlar vəziyyətə əsasən dəyişə bilər" - TƏBİB

“Bütün ictimai iaşə obyektlərində oturacaqlar sosial məsafəyə uyğunlaşdırılmalı, ehtiyac olmadıqda evdən çıxılmamalıdır”.

 

Pravda.az-ın məlumatına görə, bunu bü gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılmasına həsr edilmiş mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

 

O qeyd edib ki, xüsusi karantin rejimi yumşaldılsa və gələcəkdə aradan qaldırılsa belə qaydalara ciddi əməl olunmalıdır.

 

“Bütün qərarlar epidemioloji vəziyyətə əsasən dəyişə bilər”, - deyə TƏBİB-in sədri vurğulayıb.

Tarix: 1 May 2020, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin