BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı polisi mitinqlə bağlı məlumat yaydı

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarənin Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.

Tarix: 30 Noyabr 2019, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin