BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərəb şeyxi özünə nəhəng avtomobil düzəltdirdi - VİDEO

Əbu-Dabidən olan şeyx Həməd özünə nəhəng “Hummer” avtomobili düzəltdirib.

 

Məlumata görə, onun uzunluğu 14 m, eni 6 m və hündürlüyü 7 m-dir.

 

Avtomobilin içərisində qonaq otağı, mətbəx, duş, tualet və hətta bar var.

 

Qeyd olunur ki, bu nəhəng yolsuzluq avtomobili normal analoqları kimi hərəkət edir. O, artıq şeyx Həmədin 3000-dən çox avtomobildən ibarət şəxsi kolleksiyasında eksponata çevrilib. Onların hamısı səhranın ortasında nəhəng piramidaya bənzəyən binada dayanıb.

 

“Hummer” hazırda BƏƏ-nin Əl Madama şəhərindəki Yolsuzluq Avtomobilləri Tarixi Muzeyində nümayiş etdirilir.

 

Oxu.az

 

Tarix: 17 Sentyabr 2023, 08:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin