BURADA REKLAMINIZ OLA
BİLƏR

Repetitorlarla bağlı QƏRAR VERİLDİ

"Repetitorluqla məşğul olmağa yalnız fərdi şəkildə icazə verilib".

 

Pravda.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

 

O deyib ki, bu fəaliyyətlə qrup halında məşğul olmaq qadağandır: "Müəllimin bir şagirdlə məşğul olmasına icazə verilir. Qrup şəklində tədrisə icazə verilmir".

 

TƏBİB-in sədri Ramin Bayramlı isə qeyd edib ki, bununla bağlı bütün davranış qaydaları da metodik göstərişlərdə öz əksini tapacaq: "Eyni zamanda müəyyən yerlərdə fəaliyyət göstərənlər də leqal xidmət sahəsinə keçməlidir. Vergilər Nazirliyinə müraciət etməlidir ki, icazə ala bilsinlər, hər hansı problem olmasın".

Tarix: 1 May 2020, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin