BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və Abşeron yarımadasında külək güclənib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.


Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.


Tarix: 17 Sentyabr 2023, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin