BURADA REKLAMINIZ OLA
BİLƏR

Cinsini dəyişənlər övladlığa uşaq götürə bilməyəcək

Tatarıstanda cinsini dəyişmiş şəxslərə uşaqları övladlığa götürmək və ya onların qəyyumuna çevrilmək qadağandır.


Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə dəyişiklikləri Tatarıstan Dövlət Şurasının deputatları respublikanın Ailə Məcəlləsinə qəbul ediblər.


Qanunda qeyd edilir ki, ər-arvaddan biri cinsiyyətini dəyişirsə, bu, boşanma üçün əsasdır.


Dəyişiklikləri parlamentarilər yekdilliklə dəstəkləyib, 77 deputat lehinə səs verib.


Yada salaq ki, iyulun sonunda Rusiya prezidenti Vladimir Putin ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun imzalayıb. Bu, yalnız tibbi göstərişlər olduqda edilə bilər.

Tarix: 17 Sentyabr 2023, 19:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin