"Azərbaycan inkişaf mərhələsində növbəti maneələri aşmaq məcburiyyətindədir. Heç şübhəsiz ki, bu maneələri aşmaqda bir sıra beynəlxalq güclər apardıqları ikili standartlarla yanaşaraq Azərbaycanımızın haqq işinə maneələr törətməkdədir. Əminəm ki, Azərbaycanımızın dövlət siyasəti, xalq vəhdəti növbəti mərhələlərdə də böyük uğurlara imza atmış olacaq".
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
"Özünü dünyanın super gücü hesab edən bir sıra dövlətlər var ki, onların dünya dövlətləri ilə apardıqları siyasət siyasi riyakarlıqdan ibarətdir. Belə dövlətlərdən biri, bəlkə də birincisi, başda gedəni ABŞ-dır. ABŞ özünü “dünyanın super gücü, ədalət nizamlayıcısı” elan etsə də, yürütdüyü siyasət bölücülükdən, siyasi riyakarlıqdan ibarətdir. Bunun yüzlərlə nümunəsi var… Hesab edirəm ki, hər şeyi açıq danışmaq lazımdır. Bu gün Ukraynanın viran edilməsini, vətəndaşlarının hüzurunun pozulmasını göstərmək olar. Eyni zamanda Gürcüstanı siyasi həmlələrlə qızışdıraraq qonşu Rusiya ilə üz-üzə qoyub da özünə dünyanın “ədalət tərəzisi” kimi qalmaq yolunu seçib. Hansı ki, ABŞ-ın siyasətini icra etmiş Gürcüstan Rusiya önündə tək buraxıldı. Nəticədə Gürcüstan böyük ərazilərinin işğalı ilə nəticələndi. Qori şəhəri darmadağın oldu… Aparılan siyasi riyakarlığın davamı olaraq - Qərbpərəst siyasət yürüdən və Qərbə tamlığı ilə bağlı olan Saakaşvili ABŞ-ın böyük geosiyasətində alət olaraq istifadə edildikdən sonra qurban verildi. Hansı ki, bu gün ölüm ayağındadır və ABŞ “demokratları” hələ də susur. Heç şübhəsiz ki, Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ - 30 ilə yaxın bir müddətdə ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən siyasət apardı. Əmin olun ki, bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilmiş olsaydı, torpaqlarımız uzun onilliklər işğal altında qalmaz, 1 milyondan artıq məcburi köçkünümüz əziyyət çəkməzdi… Biz bir xalq olaraq ATƏT-in Minsk Qurupunun fəaliyyətsizliyini görən xalqıq. Hansı ki, Qarabağ problemini həll etməli olan ATƏT-ın Minsk Qrupu (başda ABŞ olmaqla) heç bir iş görmədi, həmsədrlər turist səfərləri gerçəkləşdirdilər, formal bəyanatlar verdilər. Qısa desəm, ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər bir şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım verdi, separatçıların ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait toplamasına göz yumdu, məhz ABŞ-da Qarabağdakı cinayətkar bandanın ofisinin yaradılmasına, bandanın nümayəndələrinin ABŞ-a səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirməsinə himayədarlıq etdi. Heç şübhəsiz ki, bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin riyakar göstəricisidir. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etmək fonunda Ermənistanın işğalçılıq siyasətinə hər tərəfli verilmiş dəstəyə siyasi riyakarlıqdan başqa nə ad vermək olar?! Azərbaycanda öz maraqlarını təmin edə bilməyən, Azərbaycanı öz əlində digər dövlətlər kimi alət edə bilməmiş ABŞ bu iyrənc siyasətini təmin edə bilmədikdə zamanla Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdi, “rəngli inqilabları”, “Ərəb Baharını” Azərbaycana transfer etmək istədi, amma alınmadı! Müstəqil dövlət siyasəti yürüdən dövlətləri həzm etməyən ABŞ Azərbaycanla yanaşı qardaş Türkiyənin də müstəqil siyasətini həzm edə bilmədi. Bunun nəticəsi olaraq da 2016-cı ildə qardaş Türkiyədə hərbi çevrilişə cəhd etdi. Bu hərbi çevriliş cəhdi qüdrətli Türkiyəni həzm etməmiş ABŞ-ın məkrli siyasətinin tərkib hissəsi idi. Buna “Qazi Parkı” ixtişaşlarını da əlavə etmək olar… Hansı ki, bu dərin geopalitik savaşdan Azərbaycanımız kimi qardaş Türkiyəmiz də üzü ağ çıxdı. ABŞ-ın iyrənc və riyakar siyasətinə boyun əyməmiş Azərbaycanın, Türkiyənin Suriyaya, Liviyaya və digər ABŞ tərəfindən viran qoyulmuş ölkələrə çevrilməsinin qarşısı alındı. Təbii ki, istər Türkiyədə, istərsə də Azərbaycanda sağlam iqtidar-müxalifət həmrəyliyi, xalqlarımızın ayıqlığı, dövlət rəhbərlərimizin müdrik siyasəti fonunda təxribatçı Qərb siyasəti bölgədə puç oldu. Buradan əminliklə bir daha bəyan edirəm: bu tip məkirli planlar kimlər, hər hansısa super güc tərəfindən yenə də olarsa, Azərbaycan xalqının həmrəylini, birliyini, iqtidarlı-müxalifətli vəhdətini və "dəmir yumruğumuzu" görmüş olacaqlar!" - A.Şakiroğlu qeyd edib.
23 Sentyabr 01:10
23 Sentyabr 00:05
22 Sentyabr 23:59
22 Sentyabr 23:57
22 Sentyabr 22:57
22 Sentyabr 22:55
22 Sentyabr 22:48
22 Sentyabr 22:14
22 Sentyabr 22:04
22 Sentyabr 21:41
22 Sentyabr 21:39
22 Sentyabr 21:04
22 Sentyabr 20:58
22 Sentyabr 20:15
22 Sentyabr 20:11
22 Sentyabr 20:07
22 Sentyabr 20:05
22 Sentyabr 18:52
22 Sentyabr 18:49
22 Sentyabr 18:45
22 Sentyabr 18:42
22 Sentyabr 18:02
22 Sentyabr 18:00
22 Sentyabr 17:55
22 Sentyabr 17:52
22 Sentyabr 17:42
22 Sentyabr 17:27
22 Sentyabr 17:17
22 Sentyabr 17:15
22 Sentyabr 17:12
22 Sentyabr 17:11
22 Sentyabr 16:44
22 Sentyabr 16:35
22 Sentyabr 16:25
22 Sentyabr 16:20
22 Sentyabr 16:10
22 Sentyabr 16:00
22 Sentyabr 15:56
22 Sentyabr 15:41
22 Sentyabr 15:24
22 Sentyabr 15:14
22 Sentyabr 14:49
22 Sentyabr 14:35
22 Sentyabr 14:30
22 Sentyabr 14:22
22 Sentyabr 14:11
22 Sentyabr 14:08
22 Sentyabr 14:06
22 Sentyabr 13:54
22 Sentyabr 13:33
22 Sentyabr 13:26
22 Sentyabr 13:21
22 Sentyabr 13:13
22 Sentyabr 12:58
22 Sentyabr 12:37
22 Sentyabr 12:27
22 Sentyabr 12:25
22 Sentyabr 12:21
22 Sentyabr 12:18
22 Sentyabr 12:13
22 Sentyabr 12:13
22 Sentyabr 12:07
22 Sentyabr 12:06
22 Sentyabr 12:03
22 Sentyabr 12:01
22 Sentyabr 11:59
22 Sentyabr 11:57
22 Sentyabr 11:51
22 Sentyabr 11:49
22 Sentyabr 11:47
22 Sentyabr 11:43
22 Sentyabr 11:42
22 Sentyabr 11:22
22 Sentyabr 11:08
22 Sentyabr 11:02
22 Sentyabr 10:28
22 Sentyabr 10:11
22 Sentyabr 09:58
22 Sentyabr 09:53
22 Sentyabr 09:46
22 Sentyabr 09:38
22 Sentyabr 09:33
22 Sentyabr 09:29
22 Sentyabr 09:27
22 Sentyabr 09:24
22 Sentyabr 09:21
22 Sentyabr 09:16
22 Sentyabr 09:10
22 Sentyabr 09:06
22 Sentyabr 09:01
22 Sentyabr 08:58
22 Sentyabr 08:57
22 Sentyabr 08:53
22 Sentyabr 08:39
22 Sentyabr 08:36
22 Sentyabr 08:31
22 Sentyabr 08:28
22 Sentyabr 08:25
22 Sentyabr 08:19
22 Sentyabr 08:15
22 Sentyabr 08:12
22 Sentyabr 03:34
22 Sentyabr 03:32
22 Sentyabr 03:26
22 Sentyabr 03:22
22 Sentyabr 03:19
22 Sentyabr 03:06
21 Sentyabr 23:51
21 Sentyabr 23:44
21 Sentyabr 22:44
21 Sentyabr 22:41
21 Sentyabr 22:17
21 Sentyabr 21:54
21 Sentyabr 21:50
21 Sentyabr 21:46
21 Sentyabr 21:37
21 Sentyabr 21:24
21 Sentyabr 21:22
21 Sentyabr 21:03
21 Sentyabr 21:00
21 Sentyabr 20:40
21 Sentyabr 20:31
21 Sentyabr 20:06
21 Sentyabr 20:04
21 Sentyabr 20:01
21 Sentyabr 19:57
21 Sentyabr 19:21
21 Sentyabr 19:20
21 Sentyabr 19:10
21 Sentyabr 19:05
21 Sentyabr 18:30
21 Sentyabr 18:29
21 Sentyabr 18:08
21 Sentyabr 17:59
21 Sentyabr 17:58
21 Sentyabr 17:17
21 Sentyabr 17:04
21 Sentyabr 16:57
21 Sentyabr 16:56
21 Sentyabr 16:32
21 Sentyabr 16:21
21 Sentyabr 16:18
21 Sentyabr 16:13
21 Sentyabr 16:11
21 Sentyabr 16:05
21 Sentyabr 15:51
21 Sentyabr 15:32
21 Sentyabr 15:28
21 Sentyabr 15:27
21 Sentyabr 15:24
Ən son xəbərləri səhifəmizdən də izləyin