BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramzan Kadırovdan xəbər var - VİDEO

Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb.

 

Bununla bağlı o, öz “Telegram” kanalında yazı paylaşıb və onu gəzinti zamanı çəkdiyi videolar müşayiət edib.

 

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gumrahlaşdırır”, - deyə o, öz izləyicilərinə müraciət edib.


O, bu şərh Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun Çeçenistan rəhbərinin xəstə olduğunu, vəziyyətinin ağır və ya komada olduğunu deməsindən sonra verib.

 

Oxu.az

 

Tarix: 18 Sentyabr 2023, 01:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin