BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini öldürən şəxsdən xəbər var

Gəncə Apellyasiya Məhkəməsində Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

 

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib. 

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq soyuq silahı, gəzdirmə) maddəsi ilə bəraət verilib.


 
Qeyd: Hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunun Çaylı kəndində qeydə alınıb.


 
Belə ki, 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb.


 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


 
H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Sentyabr 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin