BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Paşayevdən xəbər var

Dövlətə xəyanətdə təqsirləndirilən Hacı Paşayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, H.Paşayev Ermənistan xüsusi xidmət orqanlarına casusluqda ittiham olunur.

 

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü maddəsi ilə (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham elan olunub.

 

H.Paşayevi bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edib.

 

Kamal Məmmədov

Tarix: 18 Sentyabr 2023, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin