BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq bələdiyyə sədrinin apellyasiya protesti icraata verildi

Sabiq bələdiyyə sədri Əhməd Hüseynovun barəsindəki bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinsə keçiriləcək proses sentyabrın 19-na təyin edilib.

 

Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: İstintaqla Ə.Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və Səbail bələdiyyəsinə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

 

Ona Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

 

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi.


Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

 

Kamal Məmmədov

Tarix: 18 Sentyabr 2023, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin