BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kürəkənini güllələyib öldürən qayınata yenində şikayətçidir

Bakıda qətl törətməkdə ittiham olunan Azər Cəfərovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 
Pravda.az
-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.


 
Qeyd:
Hadisə 2021-ci il dekabrın 13-də paytaxtın Xəzər rayonunda baş verib.


 
Belə ki, A.Cəfərov aralarında şəxsi münasibətlər zəminində münaqişə zamanı odlu silahdan atəş açaraq kürəkəni Rəşad Məmmədovu qətlə yetirib.


 
Daha sonra A.Cəfərov saxlanılıb.


 
İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Ali Məhkəməsi isə onun kassasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

 

Tarix: 18 Sentyabr 2023, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin