BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan sabiq məhkəmə hakimi barəsində kassasiya şikayətinə bu tarixdə baxılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda ittiham edilən Lətif Nəbiyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 20-nə təyin edilib.

 

Şikayət hakim Əziz Seyidovun sədrliyi araşdırılacaq.

 

Keçmiş hakim barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasımı 4 il 6 aya endirib.


 
Qeyd:
Keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L.Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb. A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alaraq dələduzluq edib.


 
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L. Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 18 Sentyabr 2023, 10:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin