BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sədərək Yusif"in qardaşı oğlunun bloqeri döyməsi iddiası ilə bağlı açıqlama - VİDEO

“Fidan adlı blogerin döyülməsində İlham Qədimbəylinin adı çəkilirsə, İ.Qədimbəylinin özündən maraqlansınlar ki, doğrudan da, belə bir hərəkət edib, ya yox. Kimsə kiminsə qardaşı oğludur, ya əmisidir, bunun məsələyə nə dəxli var? Yusif müəllimin adı niyə hallansın? Məgər Yusif müəllim elə bir adamdır? O boyda iş adamıdır...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov deyib. 

 

““Tik Tok”dur, hər dəfə birini çıxarırlar, orda hər gün min şey yayımlanır. Hamısı şantaj, yalandır. Nə dərəcədə doğru ola bilər ki, adamın üstünə silah çıxararlar, məcbur edərlər ki, dövlət məmurlarını söysün? Xanım versin ekspertizaya, sübut etsin. Bu, şantaj xarakterli bir şeydir. Mən də bloggerin görüntülərinə baxmışam. Tamamilə təkzib edirəm”, - o deyib. 

 

Qeyd: “Tik-Tok” şəbəkəsində “Fidan 009” adlı profilin sahibi, blogger Fidan sensasion paylaşım edib. O, canlı yayımda bildirib ki, “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin İlham adlı oğlu bir neçə nəfər dostu ilə onun əlini, ağzını bağlayaraq döyüb və sonra başına silah dirəyərək dövlət məmurları, polislər əleyhinə danışdırıb, ardınca videoya çəkib. 

 

Aytəkin Qardaşova

 

Tarix: 18 Sentyabr 2023, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin