BURADA REKLAMINIZ OLA
BİLƏR

Xanlar Vəliyev: Kütləvi məzarlıqlar daha çox əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə tapılır

“Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq cihazlar vasitəsilə axtarışlar zamanı üzə çıxmayıb”.

 

Bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında Azərbaycan Respublikasının baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev deyib.

 

Hərbi prokuror qeyd edib ki, bu, meyit qalıqlarının qəbirlərdə deyil, torpağın qazılaraq qeyri-insanı şəkildə basdırılmasına görədir: “Ona görə də kütləvi məzarlıqlar əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə daha çox tapılır. İtkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması ilə bağlı beynəlxalq təcrübə öyrənilir, işlər davam etdirilir və bu işlər daha da geniş şəkil alacaq”.

Tarix: 18 Sentyabr 2023, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin