BURADA REKLAMINIZ OLA
BİLƏR

"Taghiyev operating company" cərimələnə bilər

"Taghiyev operating company" Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır. Məhkəmə iclası oktyabrın 2-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 18 Sentyabr 2023, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin