BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkarına pul “atan” qızıl alverçisinə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Zəminə Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Zəminə Quliyeva tanışı, zərərçəkmiş Mələk Mayılova (şərti) ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmişə imkanlı müştərinin sifariş etdiyi bahalı çilçırağı alıb evində quraşdırmaqla daha çox gəlir əldə edəcəklərinə dair yalan vədlər verib.

 

Belə ki, Zəminə bu məqsədlə 2021-ci il tarixdə, Abşeron rayonu, Masazır qəsəbəsində Mələk Mayılovadan ümumilikdə 5000 manat pulu alaraq dələduzluq edib.

 

İstintaq dövründə qadının , barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd: Hər iki qadın qızıl alveri ilə məşğul olur.

 

Kamal Məmmədov

Tarix: 19 Sentyabr 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin