BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisinin sevgilisi avtomobili bərk sürdü, küçənin ortasında döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Kənan Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona təyin olunmuş qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 11 ay 26 gün müddətinə islah işləri növündə cəza verilib. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməyib.

 

İttihama görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən “Emil” adlı marketin yaxınlığında qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Kənan Hacıyev qeyri-rəsmi münasibətdə olduğu Aliyə (şərti) adlı qadınla əvvəllər münasibətdə olmuş zərərçəkmiş Samir Quliyev ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş idarə etdiyi “Opel Astra” markalı avtomobili yüksək sürətlə idarə etməsi olub. O, bunu bəhanə gətirib, avtomobili saxlatdırıb, qabaq sağ qapısını açıb salonuna əyləşərək mübahisə etməyə başlayıb. Nəticədə Kənan qəsdən Samirin sifət nahiyəsinə ardıcıl yumruq zərbələri vuraraq, ona kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan xəsarətlər yetirib.

 

Hadisədən sonra Kənan Hacıyev polis əməkdaşları tərəfindən saxlanıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 19 Sentyabr 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin