BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə şirkətə qarşı dələduzluq edən şəxsin cəzasını azaltdı

Ali Məhkəmədə şirkətə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Müşfiq Sarıyev, Toğrul Abdullayev və Aleksey Ələkbərovun barəsindəki hökmdən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

 

Belə ki, Müşfiq Sarıyevin cinayətlərin təhlükəli residivinə görə cəza təyin edilib və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Toğrul Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. Ona təyin edilmiş 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 il 6 aya endirilib. Aleksey Ələkbərov tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməyib.

 

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Sarıyev 8 il, Toğrul Abdullayev 6 il 6 ay və Aleksey Ələkbərov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hər üç şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham elan olunub.

 

Onlar tikinti şirkətinə qarşı ümumilikdə 313641 manatlıq dələduzluq ediblər.

 

Kamal Məmmədov

 

Tarix: 19 Sentyabr 2023, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin