BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə qadını soyan şəxsə AĞIR CƏZA

Abşeron Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Malik Malikovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 09 iyun 2022-ci il tarixdə, saat 10:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə qeydə alınıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Malik Malikov həmin ərazidə piyada gedən zərərçəkmiş, Günay Əsədovaya (şərti) yaxınlaşaraq onun əlindəki 5 manat dəyərində pul kisəsini, içərisində olan 70 manat pul, 600 manat dəyərində “Samsung Galaxy A3” markalı mobil telefonu, üstündəki 10 manat dəyərində nömrə kartı ilə birlikdə dartmaqla ələ keçirib.

 

Bununla da o, zərərçəkmiş şəxs ümumilikdə 685 manat ziyan vurmaqla soyğunçuluq edib.

 

Kamal Məmmədov

Tarix: 19 Sentyabr 2023, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin