BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbolçunun “Sabah” klubuna qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR

Bakı Kommersiya Məhkəməsində “Sumqayıt” futbol klubunun yarımmüdafiəçi Elşən Abdullayevin sabiq komandası “Sabah”a qarşı məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Namazovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, ərizə baxılmamış saxlanılıb. Qeyd edilib ki, tərəflər arasında mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanıb və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olub.

 

Xatırlatma: Elşən Abdullayev tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Qeyd: 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 yığmalarının də uğurları üçün çalışıb. Elşən Abdullayev bu ilin yanvarında “Səbail”dən “Sumqayıt”a keçib. O, "gənclik şəhəri" təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında “24” nömrəli formada çıxış edir. Elşən Abdullayev məhkəməyə verdiyi “Sabah”ın formasını isə 2021-ci ildə geyinib.

Tarix: 19 Sentyabr 2023, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin