BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyinin son vəziyyətlə bağlı məlumatı

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

 

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Tarix: 19 Sentyabr 2023, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin