BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycanın Qarabağda anti-terror əməliyyatları ilə bağlı qərarı qətidir, bu yoldan dönmək fikri yoxdur" - AÇIQLAMA

“Azərbaycan Ordusu tərəfindən Qarabağ ərazisində qeyri-qanuni şəkildə fəaliyyət göstərən erməni silahlı quldur dəstələrinə qarşı lokal xarakterli anti-terror tədbirlərinə başlanılıb. Terrorçuların törətdikləri təxribatlar nəticəsində son 3 gün ərzində 11 nəfərdən çox azərbaycanlı həlak olub. Aydındır ki, bu quldur dəstələrini ABŞ, Rusiya, Fransa qızışdırır. Başladılan anti-terror tədbirləri Azərbaycan xalqının iradəsi, istəyi ilədir. Bizim suveren torpaqlarımızda məğlub olmuş, kapitulyasiyaya məruz qalmış ölkənin silahlı birləşmələrinin nə işi var? Hansı haqla insan qətllərinə rəvac verirlər, Ordumuza, polis qüvvələrimizə qarşı müxtəlif hərbi əməliyyatlar həyata keçirirlər?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

Politoloq bildirib ki, erməniləri öz sakinlərimiz kimi Azərbaycan qayda-qanunlarına tabe olmağa dəvət edirik, dəvət etməyə davam edirik: “Yəqin ki, erməniləri bizimlə birgəyaşayış qaydalarına öyrədəcəyik. Onları məcbur edəcəyik ki, Azərbaycanda yaşayırlarsa, ya bu ölkənin qayda-qanunlarını qəbul etməlidirlər, ya da bu qayda-qanunlarla yaşamaq istəmirlərsə, onda başlarını götürüb onlar üçün xoş olan ölkələrə rədd olub gedə bilərlər. Bununla da məsələ həll olunar. Azərbaycan xalqının qərarı qətidir, bu yoldan dönmək yoxdur”. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 Sentyabr 2023, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin