BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur Məmmədov payını satdı

"Embafinans" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 35 %-nə nəzarət edən Məşhur Məmmədov payını satıb.

 

Onun payını BOKT-un əsas səhmdarı Elşad Abbasov alıb və payını 51 %-dən 86 %-ə çatdırıb.

 

Səhmlərin qalan 14 %-i isə əvvəlki qaydada Tamara Polyakovaya məxsusdur.

 

M.Məmmədov Milli Məclisin VI çağırış deputatı, parlamentin İntizam Komissiyasının üzvüdür.

 

Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.?Report

Tarix: 19 Sentyabr 2023, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin