BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan sülh, təhlükəsizlik və sabitlik mühitinin formalaşmasında maraqlıdır" - RƏY

“Ötən gecə baş verən hadisələr lokal xarakterli anti-terror tədbirləri həyata keçirməyi zəruri etdi. Çünki təxribatçı diversiya qrupları mina basdıraraq Azərbaycan tərəfinə zərbə vurmaq niyyətini güdürdülər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib. 

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

Politoloq bildirib ki, 18 sentyabrda baş verən təxribat nəticəsində şəhidlərimizin olması Azərbaycanı adekvat addımlar atmağa vadar etdi: “Azərbaycan sülh, təhlükəsizlik və sabitlik mühitinin formalaşmasında maraqlıdır. Azərbaycan üçün reinteqrasiya prosesləri mühüm əhəmiyyət kəsb edir. Birgəyaşayışla bağlı rəsmi Bakının öz yol xəritəsi var. Bu barədə dəfələrlə bəyan edilib. Məhz Ağdam-Xankəndi marşrutunun işə başlaması reinteqrasiya elementlərini özündə ehtiva edir. Azərbaycan Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin qorunması istiqamətində əlindən gələni ardıcıl şəkildə həyata keçirir. Burada Azərbaycan üçün məhz təhlükəsizlik seqmentinin gücləndirilməsi, sülhün qorunması, sülh müqaviləsinin imzalanması mühüm əhəmiyyət kəsb edir”. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 Sentyabr 2023, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin