BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?!”

“Bulvar və parkları may ayında, belə havada bağlı saxlamaq məntiqsizlikdir. Zatən D vitamini istənilən viruslarla mübarizədə önəmli rol oynayır, insan orqanizminə təmiz havada, günəşdə gəzmək ancaq xeyir verə bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAI Partiyanın funksioneri Natiq Cəfərli deyib.

 

“Kimdir bunlara məsləhət verən?! Sosial məsafə qaydasına uymaqla tək-tək, ya da 2-3 nəfər birlikdə (maska taxaraq) gəzməyin nə ziyanı ola bilər?! SMS-siz bayıra çıxanı cəzalandıra bilirsənsə, parklarda sosial məsafəni pozanı da cəzalandır – daha niyə topdan qadağan edirsən ki?! Yaxşı, Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?! Məntiqlərinə çoxdan keçə yamamışdım...” – N.Cəfərli qeyd edib.

Tarix: 1 May 2020, 22:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin