BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: “Polonez” və “LORA” raket sistemlərindən Xankəndiyə atəş açılması barədə məlumatlar yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.


Bu barədə Pravda.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən bildirilib.


Tarix: 20 Sentyabr 2023, 00:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin