BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq vəzifəli şəxs barəsində verilmiş protest üzrə məhkəmə başladı

Bakı Apellyasiya Məhkəməsinsə sabiq bələdiyyə sədri Əhməd Hüseynovun barəsindəki bəraət hökmündən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə keçmiş bələdiyyə sədrinin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

 

Qeyd: İstintaqla Ə.Hüseynovun qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət və Səbail bələdiyyəsinə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

 

Kamal Məmmədov

Tarix: 20 Sentyabr 2023, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin